Normallaşma prosesi üçün hər hansı problem görmürük

Azərbaycan və Ermənistan arasında sülh istiqamətində atılan addımları dəstəkləyirik. Eyni zamanda Ermənistanla əlaqələri də yaxından izləyirik.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

 

“Türkiyə və Ermənistan arasında normallaşma prosesi üçün biz hər hansı problem görmürük. Təbii ki, biz burada Azərbaycanla bağlanacaq olan sülh müqaviləsini də izləyirik. Eyni zamanda bəzi texniki məsələlər var ki, onlar da həll oluna bilər”, – o deyib.

 

 

Gununsesi.info