Norveç çempionatı ləğv edildi

  • By admin
  • 10 Sentyabr 2020 20:03

Futbol üzrə Norveç çempionatı dayandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyasının (NFF) rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün belə bir qərar verilib. O, 2020-ci ilin sonuna qədər idman yarışlarının bərpasının mümkün olmayacağını vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç klubu “Molde” ilə qarşılaşacaq. Oyun sentyabrın 16-də Kiprdəki “AEK Arena”da keçiriləcək.

 

Gununsesi.info