Norveç Helsinki Komitəsi Əziz Orucovu azad etməyə çağırıb

  • By admin
  • 30 Noyabr 2023 16:16

Norveç Helsinki Komitəsi (NHK) Azərbaycan hakimiyyətini “Kanal 13” İnternet TV-nin direktoru Əziz Orucovu azad etməyə və ona qarşı ittihamları ləğv etməyə çağırıb.

Gununsesi.info bildirir ki, bu barədə NHK-nin bəyanatında deyilir.

” Orucov Azərbaycanda son günlərdə həbs olunan dördüncü jurnalist oldu” deyilən bəyanatda  Abzas Media onlayn resursunun üç jurnalistini həbsi xatırlanır.

 

NHK-də qeyd edirlər ki, Orucov ilk dəfə təqibə məruz qalmır.

2017-ci ildə məhkəmə onu qanunsuz sahibkarlıqdatəqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib. Bir il sonra onu şərti azadlığa buraxıblar.

Gununsesi.info