Norveç “Quran”ın yandırılmasına icazə VERMƏDİ

Norveç hökuməti müqəddəs “Qurani-Kərim”in yandırılması aksiyasına icazə verməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

HTML tutorial

O, Finlandiyanın “Quran”ı təhqir etməyə icazə verməyəcəyini, Norveçin aksiyanı ləğv etdiyini söyləyib.

Çavuşoğlu İsveç və Danimarkada ifadə azadlığı adı altında İslama və “Quran”a qarşı təhqirlərin davam etdiyini əlavə edib.

“Bunların hamısı səhvdir. Biz bunları düzgün hesab etmirik. Dinindən və inancından asılı olmayaraq, biz islamafobiya, xristian düşmənliyi və antisemitizmi insanlığa qarşı cinayət hesab edirik”, – XİN başçısı qeyd edib.

Xatırladaq ki, bu gün Norveçin Ankaradakı səfiri Erlinq Skyonberq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Türkiyə tərəfinin etirazı çatdırılıb, bu cür addımların qarşısının alınmalı olduğu və yolverilməzliyi ifadə edilib.

Gununsesi.info