Norveç Rusiya səfirliyinin 15 əməkdaşını ölkədən çıxarır

Norveç Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını persona non qrata elan edib.

Gununsesi.info xəbər verir ki, Norveç Xarici İşlər Nazirliyinin bəyanatında onlar “diplomatik statuslarına uyğun gəlməyən” fəaliyyətlə məşğul olan “15 kəşfiyyatçı” adlandırılır.

Rusiya Xarici İşlər Nazirliyi “müvafiq cavab” verəcəyini vəd edib.