Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi

  • Müəllif: Firuzə
  • 30 Yanvar 2026 19:21

Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Gununsesi.info  xəbər verir ki,  o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnamələrimi təqdim etmək mənim üçün şərəf oldu”, – paylaşımda deyilir.

Gununsesi.info