Norveç şahzadəsi şamanla evləndi - Fotolar

Norveç kralı V Harald və Kraliça Sonyanın böyük qızı Marta Luiza ortağı, afroamerikalı, şaman kimi tanınan Durek Verret ilə ailə həyatı qurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Toy mərasimi avqustun 31-i , Norveçin Geiranger şəhərində baş tutub.

350 nəfərdən ibarət olan toy mərasimində İsveç və Norveç kral ailələrinin üzvləri, eləcə də ailə dostları və Norveçin nüfuzlu şəxsləri iştirak ediblər.

Eyni zamanda yeni evlənənləri təbrik etməyə 92 yaşlı şahzadə Astrid də (Norveç kralı V Olaf və İsveç şahzadəsi Martanın qızı) gəlib. Məlumata əsasən toyda qonaqlara mobil telefondan istifadə etməyə icazə verilməyib.

Martha Luiza 52, Durek Verrett isə 49 yaşındadır. Onlar 2019-cu ildə münasibətdə olduqlarını açıqlayıblar.

Şahzadə və Durek Verrett alternativ tibblə məşğuldurlar və keçən il hətta bu iş naminə Marta krallıq vəzifələrindən imtina edib. Bundan əlavə, o, “mələklərlə ünsiyyət qurduğunu” iddia edir.

Qeyd edək ki, Marta Luiza bundan əvvəl yazıçı Ari Behn ilə evli olub. Onların üç qızı var.

“Aftenposten” qəzeti yazıb ki, toydan sonra Durek Verret titul almayacaq, çünki kral ailəsinin ənənələri onları şahzadələrin həyat yoldaşları üçün təmin etmir. Bu, onların uşaqlarına da şamil olunacaq.

NTB/Heiko Junge/via REUTERS

NTB/Heiko Junge/via REUTERS

NTB/Heiko Junge/via REUTERS

NTB/Heiko Junge/via REUTERS

 

 

 

Şəbnəm

Gununsesi.info