Norveç Ukraynaya 6 ədəd “F-16” qırıcısı göndərəcək

Norveç bir neçə “F-16” qırıcı təyyarəsini Ukraynaya təhvil verəcək, onların tədarükü bu il üçün nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində krallığın baş naziri Conas Qahr Stör deyib.

“Norveç altı ” F-16″ qırıcısını Ukraynaya təhvil vermək qərarına gəlib. Biz 2024-cü ildə tədarükə başlamağı planlaşdırırıq”, – deyə o bildirib.

 

 

 

Gununsesi.info