Norveç Ukraynaya yardım proqramını uzadıb

Norveç Ukraynaya yardım proqramını altı il müddətinə uzadıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Krallığın baş naziri Yonas Qar Stere bildirib.

Qeyd olunur ki, Norveç Ukraynaya yardım proqramını üç il müddətinə uzadacaq və ümumilikdə 60 milyard kron (5,7 milyard dollar) ayıracaq. Beləliklə, yardımın məbləği 135 milyard krona qədər artırılacaq və 2030-cu ilə qədər qüvvədə olacaq.

Norveç daha əvvəl 570 milyon kron ianə ilə 2022-ci ildə təsis edilən Ukrayna Beynəlxalq Fondu (IFU) vasitəsilə Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının (PUA) alınmasına sərmayə qoyub.

 

 

Gununsesi.info