Norveçdə avtonom gəmilər suya buraxıldı

  • By Mayil
  • 31 İyul 2017 22:15

avtonom

Norveçin “Yara” kimya konserni və “Kongsberg Group” şirkəti “ağıllı” yük gəmiləri yaratmaq məqsədilə birgə layihə həyata keçirməyə başlayıb.

Gununsesi.info “Belta” resursuna istinadən xəbər verir ki, 2018-ci ilin sonunadək gübrələrlə yüklənən elektrik hərəkət qüvvəsinə malik ilk “ağıllı” gəmilərin Poşqryunn və Brevik cənub limanları arasında hərəkət etməyə başlayacaqları planlaşdırılır.

Məlumata görə, hazırda onlar 10 dəniz milində məsafəni qət etməklə məşğuldurlar. Lakin məhz bu kiçik ərazidə mayak, naviqator, radar, kamera və sensorlarla təchiz edilən gəmilərin sınaqları keçiriləcək. Avtonom gəmilərin istifadəyə verilməsi adi gəmilərdən üç dəfə baha başa gəlsə də, istismarı 10 dəfə ucuz olacaq.

Həmçinin bildirilir ki, bir elektrik “Yara Birkeland” gəmisi dizellə işləyən 40 min yük gəmi reysini əvəz edəcək. 2020-ci ilədək elektrik gəmilərindən bütün Avropada istifadə ediləcəyi gözlənilir.

Gununsesi.info