Norveçdə mühafizəkar müxalifət 99 ildən sonra yerli seçkiləri qazandı

  • By admin
  • 13 Sentyabr 2023 12:57

Norveçdə mühafizəkar müxalifət 99 ildən sonra yerli seçkilərdə qalib gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, mərkəz-sağ müxalifət partiyası “Hoeyre” rəsmi olmayan nəticələrə əsasən, ilk dəfə zəfər qazanıb.

25,9 % səs alan mühafizəkar müxaliflər qalib olublar.

İkinci sırada 21,7 %-lə Baş nazir Conas Qahr Storenin başçılığı ilə “İşçi Partiyası” alıb.

1924-cü ildən bəri “İşçi Partiyası” ilk dəfə ən çox səs alan partiya ola bilməyib.

“Hoeyre” partiyası 2019-cu ildə yerli seçkilərdə 6 % səs almışdısa, “İşçi Partiyası”nın geriləməsi və özünün yüksəlməsi ilə ilk sıraya yüksəlib.

Təkrar lider olmaq istədiyini bildirən “Hoeyre” Partiyasından olan keçmiş Norveç Baş naziri Erna Solberq 99 illik ənənənin pozulduğunu söyləyib.

“Bu seçkidəki irəliləyişi 2025-ci ildəki seçki kampaniyası üçün böyükbir ovqat olaraq istifadə edək”, – deyə bildirib.

Əhalisinin sayı 5,4 milyon olan norveçdə yerli seçkilər hər 4 ildə bir dəfə keçirilir. Bu il keçirilən seçkilərdə 4,3 milyon adam 62%-lik iştirakla səsvermələrə qatılıb.

Tərcümə: Arzu

Gununsesi.info