Norveçdən Ukraynaya görünməmiş dəstək

Norveç 3 ildir davam edən müharibədə Ukraynaya tarixinin ən böyük hərbi yardımını verməyə hazırlaşır.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, iki ölkənin müdafiə nazirlərinin görüşündən sonra Norveçin 2025-ci ildə Ukraynaya hərbi yardım üçün təxminən 2 milyard dollar ayırdığı açıqlanıb.

Norveç üç ildir davam edən müharibədə Ukraynanın ən sadiq tərəfdarlarından biridir.

Daha əvvəl Norveçin baş naziri Jonas Gahr Stoere dekabrın 16-da Ukrayna donanmasının gücləndirilməsi və Rusiyanın Qara dənizdəki təhdidlərinin qarşısını almaq üçün 242 milyon dollar yardım ayırdığını açıqlamışdı.

Umerov bildirib ki, 2025-ci ildə Ukraynaya ediləcək yardım Norveç tarixində ən böyük hərbi yardım paketi olacaq.

Orxan Saffari

Gununsesi.info