Norveçdə yaşayan azərbaycanlının “Zəfər günü” konserti

  • By admin
  • 08 Noyabr 2021 10:30

Norveçdə yaşayan azərbaycanlı musiqiçi konsert verib.

Gununsesi.info xəbər verir ki, Norveçin Stavanger şəhərində yaşayan azərbaycanlı musiqiçi Ülvi Həsənli noyabrın 7-də bolqarıstanlı musiqiçi tərəfdaşım Kiril Kutin ilə bərabər “Zəfər günü”nə həsr olunmuş “Xarı bülbül” konsert proqramı ilə çıxış edib.

Konsertdə 50-60-a yaxın Norveç azərbaycanlısı da iştirak edib. Konsertdə Niyazi, Qara Qarayev, Fikrət Əmirov və s. bəstəkarlarımızın klassik əsərləri piano və skripkada ifa olunub.

Gununsesi.info