Norveçin Azərbaycandakı səfiri Masallıda olub

  • By admin
  • 21 Noyabr 2016 22:46

1-5

 

Noyabrın 21-də Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen Masallıda səfərdə olub.

APA-nın cənub bürosunun məlumatına görə,  xarici diplomat Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafil Hüseynov tərəfindən qəbul olunub.

Qəbul zamanı səfirə Masallı rayonu, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də yerli sakinlərinin məşğuliyyəti barədə geniş məlumat verilib. Masallıda turizm üçün yaxşı şəraitin olduğunu qeyd edən R.Hüseynov bu sahənin rayonun iqtisadiyyatına müsbət təsir göstərəcəyini, gələn turistlərin ərzaq, habelə meyvə-tərəvəz məhsulları ilə təmin edilməsi üçün torpaqlar əkildiyini, eləcə də ev turizminə xüsusi diqqətin artırıldığını diqqətə çatdırıb.

Səfir B.İ.Svendsen öz növbəsində Norveç Krallığının Azərbaycandakı səfirliyinin 1998-ci ildən fəaliyyət göstərdiyini xatırladıb. Xarici qonağın sözlərinə görə, ötən müddət ərzində Norveçlə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Norveç Krallığı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında və sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib..

İcra rəsmiləri ilə görüşdən sonra Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində,   uşaq-incəsənət məktəbində, Bayraq Meydanı və Azərbaycanın Rəmzləri Muzeyində, uşaq-incəsənət məktəbində,  Tarix-Diyarşünaslıq Muzeyində  “ ASAN  həyat ”  kompleksində olub, “EMBAVOOD” mebel fabrikində istehsal prosesini izləyib, həmçinin “İstisu”müalicə sanatoriyasını gəzib.

 

Gununsesi.info