Notr-Dam kilsəsinin bərpası başa çatır - BU QƏDƏR VƏSAİTƏ BAŞA GƏLDİ

  • By admin
  • 15 Aprel 2024 14:48

Dağıdıcı yanğından beş il sonra dünyanın gözü Olimpiya Oyunları üçün Parisə çevrildiyindən Notr-Dam kilsəsinin bərpası başa çatmaq üzrədir.

 

Gununsesi.infonun Fransa mediasına istinadən verdiyi xəbərə görə, artıq kilsənin bərpası üçün son tamamlanma işləri gedir.

Xatırladaq ki, 2019-cu il aprelin 15-də axşam saatlarında kilsə yanıb.  Bütün dünyada televiziya tamaşaçıları orta əsrlərə aid binanın yanmasına dəhşətlə baxırdılar.
İkinci və son səlahiyyət müddəti 2027-ci ildə başa çatan prezident Makron kilsənin bərpası üçün ciddi səylər göstərib.

Bildirilir ki, Notr-Dam -ın təmiri üçün 150 milyon avro vəsait xərclənib.

 

Gununsesi.info