Növbə “qəlyancəkən”lərə də gəlib çatdı - 20 nəfər saxlanıldı

  • By admin
  • 14 İyul 2016 21:47

polis

 

Bakı Şəhər Baş Polis İdarəsinin aidiyyəti xidmətlərinin əməkdaşları paytaxtın Səbail, Nərimanov, Binəqədi, Nəsimi və Yasamal rayonlarının ərazisində fəaliyyət göstərən çay evlərində və digər iaşə obyektlərində azyaşlıların qəlyandan istifadə etmələrinin və digər zərərli vərdişlərə qurşanmalarının yoxlanılması məqsədilə vaxtaşırı olaraq reydlər keçirirlər.

Gununsesi.info-nun məlumatına görə, əməliyyat və profilaktiki tədbirlər nəticəsində ümumilikdə həmin rayonlardakı ayrı-ayrı obyektlərdə yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman müəyyən edilərək saxlanılıb. Hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.

Bundan əlavə, yetkinlik yaşına çatmayan 3 nəfərin Binəqədi və Nəsimi rayonlarında fəaliyyət göstərən kafe və çay evlərində ofisiant kimi işlədilməsi də müəyyən olunub. Bu istiqamətdə əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.

Gununsesi.info