Növbədə Fikrət Məmmədovdur - ƏDLİYYƏ NAZİRİNİ BU ŞƏXS ƏVƏZLƏYƏCƏK

  • By admin
  • 28 Dekabr 2022 13:14

Azərbaycanda uzun illər vəzifədə qalan  şəxslərin sıradan çıxarılması prosesi gələn il də davam edəcək.

Uzun illər hakimiyyətin əsas simalarından biri olan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yola salınmasından sonra növbəti “vurulacaq” şəxsin kimliyi də müəyyən olunub.

Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, bu, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovdur.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Fikrət Məmmədovun yola salınması ölkədə aparılan məhkəmə-hüquq sisteminin islahatı kimi cəmiyyətə təqdim olunacaq.

Sirr deyil ki, Azərbaycan vətəndaşlarının ən ciddi şəkildə narazı  qaldığı sahə  məhz məhkəmə-hüquq sistemi  sahəsidir.

Məlumatlı mənbəmiz  Fikrət Məmmədovu əvəzləyəcək şəxsin kimliyinin də artıq müəyyən olunduğunu deyib.

Bu, ölkənin hazırki xarici işlər naziri Ceyhun Bayramovdur.

Qeyd edək ki, Təhsil Nazirinin müavini təyinatına qədər  Ceyhun Bayramov “OMNİ” hüquq şirkətinin  sahibi olub.

Onun sahibi olduğu bu şirkət SOCAR-ın beynəlxalq  müqavilələrinin  hazırlanması və  məhkəmə çəkişmələrində əsas tərəfdaşı olub.

Elmar Elnuroğlu

Gununsesi.info