Növbəti Əliyev-Putin-Ruhani görüşü 2017-ci ilin yazında olacaq

  • By admin
  • 21 Noyabr 2016 13:57
aliyev-ruhani-putin
Azərbaycan-Rusiya-İran prezidentlərinin növbəti görüşü 2017-ci ilin yazında olacaq.
Bu barədə Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Mühəmməd Rza Nəcəfi deyib.
 Onun sözlərinə görə, hazırda görüşün  reallaşaması istiqamətində üçtərəfli danışıqlar gedir. “İlk olaraq hər üç ölkənin xarici işlər nazirlərinin görüşünün, daha sonra isə  dövlət başçıları səviyyəsində görüşün baş tutuması nəzərdə tutulur”- deyə, səfirliyin əməkdaşı bildirib.
Görüşün vaxtında gəldikdə isə M.R.Nəcəfi deyib ki, bu barədə dəqiq fikir söyləmək hələ tezdir. “Görüş 2017-ci ilin Novruz bayramından sonra, ehtimal ki, apreldə olsun. Ancaq bu da dəqiq deyil, hər şey danışıqlardan  və ölkə başçılarının iş qrafikindən asılı olacaq. Bu istiqamətdə hazırda diplomatik kanallarla  müzakirələr aparılır”- deyə, diplomat vurğulayıb.
 Diplomat onu da əlavə edib ki ,noyabrın 27-28-də Azərbaycanda İran-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın  növbəti iclası olacaq  və orada da bu məsələnin müzakirəsi gözlənilir.
Mürtəza 
Gununsesi.info