Növbəti dəfə ağacəkmə aksiyası keçirildi -Fotolar

  • By admin
  • 20 Mart 2021 17:38

Növbəti dəfə ağacəkmə aksiyası keçirildi

Yaz ağacəkmə kampaniyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Xocasən-Lökbatan yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. 

HTML tutorial

Gununsesi.info xəbər verir ki, ağacəkmə aksiyasında 1 hektar ərazidə 750-yə yaxın Eldar şamı, zeytun, şərq çinarı ağacı əkilib. Əraziyə damcılı suvarma sistemi çəkilib. Əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Xidmətinin tinglik sahələrində yetişdirilib.

Bakı Nəqliyyat Agentliyinin şəhər nəqliyyatının inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də paytaxtın ekoloji durumunun yaxşılaşdırılması işinə töhfə verməkdir.

Yeni və ekoloji cəhətdən təmiz avtobusların istismara verilməsi ilə sərnişinlərin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılması, bununla da yaranan tıxacların qarşısının alınması hədəf olaraq hesablanıb. Əsas məqsəd ekologiyaya buraxılan zəhərli qazların miqdarını minimuma endirməkdir.

Gununsesi.info