Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək

  • By admin
  • 05 Dekabr 2016 15:13

diaqnostika

Dekabrın 8-dən 10-dək Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Bu barədə Gununsesi.info-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

İmtahanlarda 7000 nəfərdən çox müəllim iştirak edəcək. Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılacaqlar. Həmçinin, Şuşanın Mingəçevir şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər.
Anar
Gununsesi.info