
Türkiyəli rəqibimlə görüşüm çətin keçdi. Mübarizənin gedişində hesabda geri düşdüm, amma son dəqiqədə toparlanıb istədiyim fəndi icra etdim.
Gununsesi.info-nun xəbərinə görə, bu sözləri “İslamiada”nın qadın güləşi yarışlarının 69 kiloqram çəki dərəcəsində qızıl medalını qazanan Elis Manolova deyib.
Ayın əvvəlində Avropa çempionatına qatıldığını və bu səbəbdən özündə bir qədər yorğunluq hiss etdiyini diqqətə çatdıran gənc idmançı bildirib:
“Mayın əvvəlində Serbiyada keçirilən Avropa çempionatında xeyli güc sərf etmişdim. Ona görə də bu yarışda bir qədər yorğunluq hiss etdim. Növbəti hədəfim dünya çempionatıdır. Bir qədər istirahət etdikdən sonra həmin mötəbər yarışa hazırlaşacağam. Artıq daimi olaraq əsas komandada yer alıram və buna görə çox sevinirəm”.
Gununsesi.info