Növbəti həftə daha 4 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə ( 13-14.02.2023 və 16-17.02.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü saat 14:00-dan 15:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 12:00-dan 13:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 12:00-dan 13:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.

HTML tutorial

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info