Növbəti həftə daha 5 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (29.08-02.09.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 15:00-dan 16:00-dək Şəmkir şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı) , 2-ci günü saat 11:00-dan 12:00-dək Tovuz şəhərində (Şəhər Parkı) 3-cü günü saat 11:00-dan 12:00-dək Qazax şəhərində (Heydər Əliyev prospekti, Mərkəzi Xəstəxananın yanı) , 4-cü günü saat 11:00-dan 12:00-dək Ağstafa şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Daşkəsən şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.

HTML tutorial

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info