Növbəti həftə daha 5 şəhər və rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Növbəti həftə (05-09.09.2022 tarixləri) daha 5 şəhər və rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Samux şəhərində (İcra nümayəndəliyi, Arif Nəbiyev 54), 2-ci günü saat 15:00-dan 16:00-dək Gəncə şəhərində (Füzuli Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Goranboy şəhərində (Gənclər Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Göygöl şəhərində (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) baş tutacaq.

HTML tutorial

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info