Növbəti həkim səhlənkarlığı: YANLIŞ İYNƏ 5 YAŞLI UŞAĞI ÖLDÜRDÜ

  • By admin
  • 22 Dekabr 2016 12:54

iyne

5 yaşlı Fatimə Sərdarova həkim səhlənkarlığının qurbanı olub.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 5 yaşlı Fatimə Sərdarovanın iki gün əvvəl qızdırması qalxıb. Tibb bacısı bununla əlaqədar ona antibiotik iynə vurub. Bundan sonra uşağın bədəni göyərib və az sonra dünyasını dəyişib.
Gununsesi.info aznews.az-a istinadən xəbər verir ki, ərazi üzrə 22 saylı uşaq polikilinikasının baş həkimi Rəna Qurbanova  açıqlamasında hadisənin rəhbərlik etdiyi səhiyyə ocağında baş vermədiyini bildirib:
“Hadisə Fatimənin öz yaşadığı evində olub. Uşağa iynəni bizim polikilinkanın tibb bacıları vurmayıb. İynəni uşağa kim vurub, bu barədə məlumatsızam”.

Gununsesi.info