“Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”- HAVA PROQNOZU

“Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”

hava

“Növbəti iki gün ərzində Azərbaycanda sabit hava şəraiti davam edəcək”.

Gununsesi.info xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti yağmursuz keçəcək: “Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.

Gununsesi.info

COMMENTS