Növbəti intihar xəbəri Lənkərandan gəldi

  • By admin
  • 21 Noyabr 2016 10:07

intihar

Lənkəranda intihar hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, Lənkəran rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Sütəmirdov kəndində qeydə alınıb. Kənd sakini, 1970-ci il təvəllüdlü İqbal Ağəli oğlu Əliyev yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info