Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola çıxıb.
Bu mərhələdə Şuşa şəhərinə 32 ailə – 125 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib.
Gununsesi.info