Növbəti seçkilərdə namizəd olmayacaq

  • By ilhame
  • 08 Fevral 2024 20:35

UEFA prezidenti Aleksander Çeferin 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, o, Fransanın paytaxtı Parisdə keçirilən UEFA-nın 48-ci Konqresində bunu  açıqlayıb.

Çeferin UEFA-nın yeni prezidentə ehtiyacı olduğunu bildirib:

“6 ay əvvəl yenidən namizədliyimi irəli sürməmək qərarına gəldim. Hər təşkilatın bir müddət sonra təzə qana ehtiyacı var. Əsas səbəb isə odur ki, 7 ildir ailəmdən uzaqdayam”.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ilin 14 sentyabrından UEFA-nın prezidentidir.

Gununsesi.info