Növbəti Suriya danışıqlarının başlama vaxtı bəlli olub - FOTO

  • By admin
  • 28 Sentyabr 2017 12:40

suriya
“İsveçrənin Cenevrə şəhərində Suriya sülh danışıqlarının 8-ci mərhələsi bu ayın sonu ya da noyabrdan etibarən yenidən başlayacaq”. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan də Mistura Suriyadakı son vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının üzvlərini məlumatlandırarkən belə deyib.

O, bildirib ki, sonuncu dəfə Rusiya, Türkiyə və İranın iştirakı ilə Qazaxıstanın paytaxtı Astanada keçirilən danışıqlar zamanı Suriyanın 4 bölgəsində təhlükəsizlik zonalarının yaradılmasına dair razılığın əldə olunub: “Amma buna baxmayaraq Suriyanın digər bölgələrində döyüşlər davam edir”, – deyə Staffan də Mistura əlavə edib.

Anar

Gununsesi.info