Növbəti həftə daha 5 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

  • By admin
  • 20 Avqust 2022 18:01

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (22-26.08.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 12:00-dan 14:00-dək Şamaxı rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü saat 11:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı ), 3-cü günü saat 13:00-dan 15:00-dək Kürdəmir rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü saat 11:00-dan 13:00-dək Göyçay rayonunda (Əli Kərim adına şəhər Parkı), 5-ci günü saat 11:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info