Növbəti “Səyyar kitabxana” aksiyası təşkil olunub

  • By admin
  • 09 Avqust 2016 12:48

seyyar

 

Quba Turizm İnformasiya Mərkəzinin və Quba rayon MKS -nin mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə Quba rayonu ərazisində fəaliyyət göstərən “Terrace” istirahət mərkəzində növbəti “Səyyar kitabxana” aksiyası təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Gununsesi.info verilən məlumata görə, aksiyanın keçirilməsi kitabxanadan ayrı düşmüş oxucu kütləsini yenidən kitabxanalara cəlb etmək və mütaliə maraqlarını artırılması məqsədini daşıyır. Təbliğat xarakterli sərgi istirahətdə olan yerli və xarici turistlər tərəfindən maraqla qarşılanıb.

Sərgi iki gün ərzində nümayiş olunub. Aksiyanın hər həftənin sonunda müxtəlif istirahət mərkəzlərində təşkil olunması nəzərdə tutulur.

Anar

Gununsesi.info