Növbəti “Səyyar qəbul otağı” Qusar rayonunda quruldu - FOTOLAR

  • By admin
  • 30 Sentyabr 2022 21:57

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Açıq mikrofon” aksiyası bu dəfə Qusar sakinlərinin ixtiyarında olub. Aksiyaya rayonun Balaqusar kəndindən üz tutan Ülvi Balaqadov yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı müraciət edib.

Köhnə Xudat kənd sakini Mais Mahmudov və Qələcuk kənd sakini Cabir Hacımuradovun müraciəti də genişlənən ərazilərin qazlaşdırılması ilə bağlı olub.

Ünvanlanan müraciətlər Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb və aidiyyatı üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

Gununsesi.info