Növbəti valyuta hərracı keçirilib

  • By admin
  • 06 Dekabr 2016 12:07

merkezi bank

Dekabrın 6-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7339 məzənnəsi ilə başlayıb və 1,7369 məzənnəsi ilə yekunlaşıb.

Anar
Gununsesi.info