Novella Cəfəroğlu ANS-lə bağlı prezidentə müraciət edib

  • By admin
  • 14 Sentyabr 2016 13:45

novella

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ANS-lə bağlı prezidentə müraciət edib.

HTML tutorial

Gununsesi.info müraciəti olduğu kimi tədim edir:

Hörmətli cənab Prezident! 

Azərbaycanın ilk müstəqil tele-radio şirkəti olan ANS-in fəaliyyəti iki aydır ki dayandırılıb. Bu addımı zəruri edən səbəblər barədə məlumatlar ziddiyyətli olduğundan təfərrüatlara varmayacaq, birbaşa mətləbə keçəcəyəm.

ANS bir kanal olaraq 25 ildir ki gözümüzün qabağındadır. Bu qurumu quranlar ANS-lə bir yerdə gözümüzün qabağında böyüyülər. Təsadüfi deyil ki, ANS Azərbaycanla müstəqillik yaşıdıdır. Bunun özündə də bir rəmz var. ANS Azərbaycanın müstəqilli tarixinin şahididir və meydanlarda, Qarabağ cəbhəsində nə baş veribsə onun arxivində qalmaqdadır. Yeri gəlmişkən, ANS-in fəaliyyəti dayandırılan gün də efirdə ANS-in Qızıl fondu rubrikasında dövlətin müstəqillk tarixi ilə bağlı qiymətli materiallar gedirdi.

Cənab Prezident! 

Biz ANS-ə Müstəqil Azərbaycan Dövlətinin rəmzlərindən biri kimi baxırıq və arzu etməzdik ki, keçmiş sovet ittifaqında və o cümlədən Azərbaycanda ilk müstəqli Yayım və Mediya Şirkəti olan, 25 illik zəngin tarixə malik, sözün əsl mənasında xalqın etibar etdiyi məliumat ocağı olan ANS məhz Sizin dövrünüzdə bağlansın. Biz əminik ki, bu, Azərbaycanın inkişaf və müasirlik, əsl Avropa dəyərlərinə inteqrasiya kursu götürdüyünü iddia edən ölkə rəhbərliyi belə bir addıma getməz. Azərbaycanın müharibə jurnalistikasını yaradan insanların – ANS-in təsisçilərinin cəkiliş təcrübəsində yaxın və uzaq bölgələrin onlarla müharibəsi, çevriliş cəhdləri, inqilabları var. Bu baxımdan onların Türkiyədə baş verənləri işıqlandırarkən nümayiş etdirdiyi keyfiyyətlər də müstəsna deyil. Ola bilsin ki, Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin işıqlandərlması zamanı gənclikdən irəli gələn maksimalizm və reportyor azartı müəyyən xətalar yaradıb, amma bu, dövlətini, vətənini sevən, fəaliyyətləri ilə Azərbaycanı hər şeydən üstün tutan ANS-in öz peşə borcunu yerinə yetirmək öhdəliyi qarşısında cox azdır.

Hörmətli cənab Prezident! 

Mən yəqin ki, bu açıq məktubumla Sizə çoxmilyonlu azərbaycan tamaşaçıları və dinləyicilərinin də arzusunu çatdırmış oluram. Biz Sizdən xahiş edirik ki, məsələnin müsbət həllinə təsir göstərməklə ANS TV və ANS ÇM-in fəaliyyətinin bərpa olunması üçün nüfuz və gücünüzdən istifadə edəsiniz.

 

Hörmətlə, Novella Cəfəroğlu”

Gülnaz Qənbərli

Gununsesi.info