İnsan hüquqları müdafiəçisi Novella Cəfəroğlu AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsi ilə bağlı açıqlama verib. Gununsesi.info-ya açıqlamasında hüquq müdafiəçisi deyib ki, Faiq Əmirlinin barəsindəki ittihamlara inanmır: “Faiqi lap uşaq vaxtından tanıyıram. Çox ləyaqətli uşaqdır. 15 yaşından yanımızda, gözümüzün qabağında böyüyüb. Sözsüz ki, onun haqqında deyilən Fətullah Gülənlə əlaqəsi olmasıyla bağlı iftiralara qətiyyən inanmıram”. N.Cəfəroğlu qeyd edib ki, F. Əmirlinn mövhumatçı olmasına inanmır, çünki bu qətiyyən mümkün deyil. Fikrini əsaslandırmağa çalışan hüquq müdafiəçisi qeyd edib ki, Faiq Əmirli İslam dininə inansa da, mövhumata uymayıb: “O müsəlmandır, amma mövhumatçı deyil. Fətullah Gülənlə bağlı məsələylə əlaqəsi olmasına da inanmıram. Çalışacam da nəyin bahasına olursa olsun, Faiqi oradan çıxardım. Faiq mənim dogma oğlum kimidir. Özü də o alkoqollu içki içən adamdır. Elə bu, əsas verir inanım və deyim ki, Faiqin mollalara, nurçulara dəxlisi yoxdur”-, deyə o bildirib. N. Cəfəroğlu qeyd edib ki, əvvəllər həbs edilənlərin ardınca polis idarələrinə gedib, saxlananlara yerindəcə baş çəkib, kömək etsə də, indi yaşıyla əlaqədar o qədər də aktiv hərəkət edə bilmir: “Əvvəllər polis bömələrinə gedir, saxlananlara baş çəkə bilirdim. İndi o yaşım deyil. Amma buna baxmayaraq, hara lazımdır zəng etmişəm. Sabahdan da onun müdafiəsinə başlayacam. Digər həbs edilənlərin də artıq müdafiəsinə başlamışıq. Amma Faiqin yeri, məhəbbəti ürəyimdə başqadır deyə, çalışacam ki, onun azadlığa çıxmasına tezliklə nail olum. İnanıram ki, bu anlaşılmazlıq tezliklə aradan qaldırılacaq”.
Gülnaz Qənbərli
Gununsesi.info
Novella Cəfəroğlu: “Faiq içki içən adamdır, gülənçi ola bilməz”
- By admin
- 21 Avqust 2016 23:21
DİGƏR XƏBƏRLƏR
-
22 Yanvar 2025 21:26
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb
-
22 Yanvar 2025 20:03
Əli Əsədov Cahit Bağçını fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul etdi
-
22 Yanvar 2025 19:45
Neftçalada 926 nəfər ilk dəfə səs verəcək
-
22 Yanvar 2025 19:34
Ceyhun Bayramov Hakan Fidana zəng vurub
-
22 Yanvar 2025 19:19
İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb
-
22 Yanvar 2025 15:32
İsrail hökumətində çat:
-
22 Yanvar 2025 13:49
Cahit Bağçı Qərbi Azərbaycan İcmasına vida ziyarəti etdi
-
22 Yanvar 2025 13:15
Ukrayna əsgər istəyir
-
22 Yanvar 2025 13:11
İlham Əliyev Zelenski ilə görüşdü
-
22 Yanvar 2025 11:55
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdü
-
21 Yanvar 2025 21:16
XİN:
-
21 Yanvar 2025 20:47
İlham Əliyev Yakob Aarup-Andersen ilə görüşüb