“Novruz mühazirələri”nə start verilir

  • By admin
  • 20 Fevral 2017 16:26

novruz-bayrami-1

Fevralın 21-də – baharın ilk çərşənbəsində Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verir.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, İçərişəhərdə – “Muğam klub”da keçiriləcək “Novruz mühazirələri”nin ilk görüşündə Xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa…” mövzusundan bəhs edəcək.

“Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.

“Novruz mühazirələri”ndə iştirak etmək istəyənlər müvafiq məlumatları novruzmuhaziresi@media.edu.az elektron poçt ünvanına göndərməklə 21.02.2017-ci il saat 13:00-dək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).

Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.

Anar
Gununsesi.info