”Novruz” öncəsi süni qiymət artımı var -FƏRƏC QULİYEV

  • By admin
  • 23 Fevral 2018 13:56

Bizdə bir ənənə var  ki, bayram yaxınlaşanda qiyməti bahalaşır.

 Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qarşıdan Novruz bayramı gəlir, adəti üzrə   bazarlarda qiymət artımı artıq müşahidə olunmaqdadır.

F.Quliyev bildirib ki, bayram öncəsi bahalaşma nəzarətə götürülməlidir: “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda uzuclzşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları monopolistlərə qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

O əlavə edib ki, bayram zamanı artan qiymətlər bayramdan sonra da enmir: “Odur ki, bu cür süni qiymət artımının qarşısı alınmalıdır”.

Mürtəza

 Gununsesi.info