Novruzda əfv sərəncamı olacaq? – AÇIQLAMA

  • By admin
  • 15 Mart 2022 12:59

“Bu il Novruz bayramında əfv sərəncamının imzalanacağı gözlənilmir”.

Bunu Publika.az-a açıqlamasında İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bildirib ki, builki Novruzda əfv sərəncamının imzalanmamasının səbəbi var:

“Çünki iş yoxdur. Əfv Komissiyasının üzvləri işə getmirlər. Yəni, onları işə çağırmırlar. Ona görə də biz əfv olmayacağını deyirik. Buna baxmayaraq, məhbuslardan da kifayət qədər məktublar almışıq. Onların sayı olduqca çoxdur. Biz düşünürük ki, növbəti əfv sərəncamı yəqin ki, bu ilin may ayında imzalanacaq”.

Gununsesi.info