Novxanıda açıq ərazidə başlayan yanğın yaşayış evinə keçib

  • By admin
  • 09 Mart 2024 09:15

Abşeron rayonunun Novxanı kəndində açıq ərazidə 10 m² sahədə taxta tullantıları yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yüksək temperaturdan ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 2 p.m elektrik kabeli əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info