Novxanıda sahilboyu quşlar tələf oldu – FOTO

Xəzər dənizinin sahilində ölü quşların cəsədləri aşkar olunub.

Gununsesi.info-nun məlumatına görə, quşların kütləvi tələfi Abşeron rayonu, Novxanı kəndi istiqamətində qeydə alınıb.

HTML tutorial

Ölən quşların cəsədi bütün sahilboyu ərazini əhatə edib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb:

“Hazırda AQTA və digər aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı araşdırılmalar aparılır”.