“Bildiyimiz kimi, 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilmişdir.
Bununla əlaqədar təhsil müəssisələrində iş günləri tənzimlənib”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Elm və Təhsil Nazirliyinin sözçüsü Cəsarət valehov deyib.
O, bildirib ki, beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir: “Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir”.
Günay
Gununsesi.info