Noyabrın 30-dan 2017-ci il dövlət büdcəsinin müzakirələrinə başlanacaq

  • By admin
  • 17 Noyabr 2016 14:45

meclis

Milli Məclisin (MM)  komitələri noyabrın 30-dan etibarən 2017-ci il dövlət büdcəsinin müzakirələrinə başlayacaq.

Gununsesi.info xəbər verir ki, bunu MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, noybarın 30-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bir neçə komitə ilə birlikdə büdcə zərfinə daqxil olan qanunların müzakirəsinə başalayacaq.

Həmçinin, büdcə zərfi  dekabrın 6-8-də parlamentin plenar iclasında müzakirə olunacaq.

Mürtəza

Gununsesi.info