Nüfuzlu təşkilatın rəhbəri nəzarətə götürülüb - FOTO

  • By admin
  • 06 İyul 2017 13:47

unnamed

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin axşamı Mərkəzi Kəşfiyyat Təşkilatı (Central Intelligence Agency) toplandığı Böyük Adada dünən axşam saatlarında hərəkətlilik qeydə alınıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə Beynəlxalq Amnistiya (“Amnesty İnternational”) Hüquq-müdafiə Təşkilatının Türkiyə nümayəndəliyinin rəhbəri İdil Eser həbs olunub.

Belə ki, dünən axşam saatlarında İstanbuldakı Böyük adada otellərin birində Beynəlxalq Amnistiya Təşkilatı Bərabər Haqlar Mərkəziylə birlikdə icazəsiz toplantı keçirməyə cəhd göstəriblər.

Bundan xəbər tutan İstanbul polisi toplantının keçirildiyi məkana basqın təşkil edib.

Qeyd edək ki, basqın nəticəsində İdil Eser daxil daha 12 nəfər nəzarət götürülüb.

Anar
Gununsesi.info