ABŞ Konqresinin Nümayəndələr Palatası keçmiş prezident Donald Trampı dövlət başçısı olduğu müddətdə xarici hökumətlərdən 7,8 milyon dollardan çox pul almaqda ittiham edib.
Gununsesi.info “CBS News”a istinadən xəbər verir ki, bu barədə demokratların Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin hesabatında deyilir.
Hesabatın müəllifləri qeyd edirlər ki, vəsaitlər 20 ölkənin hökumətləri və həmin ölkələrin hökumət tərəfindən dəstəklənən təşkilatlarından gəlib.
Bu ödənişlərin ABŞ Konstitusiyasının Təqaüdlər Maddəsini pozduğu iddia edilir.
Amerika Birləşmiş Ştatlarının əsas qanununun bu müddəası xarici hökumətdən “hədiyyə, mənfəət, vəzifə və ya titul təşkil edə biləcək heç bir şey” almağı qadağan edir.
Gununsesi.info