
Almaniyanın paytaxtı Berlində hökumətin yanacaq dəstəyini dayandırma planlarına etiraz edən fermerlər minlərlə traktorla Berlində yolları bağlayıb.
Gununsesi.info xəbər verir ki, Almaniyada Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından ibarət hökumətin kənd təsərrüfatı sahəsində subsidiyaları ləğv etməyi planlaşdırması səbəbindən fermerlərin yanvarın 8-də ölkənin bir çox yerində başladığı etiraz aksiyası Berlində davam edib.
Almaniyanın müxtəlif bölgələrindən öz traktorları ilə Berlinə gələn ən azı 3 min fermer 17 İyun küçəsini və tarixi Brandenburq qapısı ilə Qələbə kompleksi arasındakı ətraf prospekt və küçələri bağlayıb.
Fermerlərin logistika sənayesinin dəstəklədiyi etiraz aksiyalarında yük maşını və digər ağır nəqliyyat vasitələri sürücüləri də öz maşınları ilə iştirak edib. Müxtəlif sektorlarda çalışan və hökumətin siyasətindən narazı olan insanların qatıldığı nümayiş Berlin şəhərinin mərkəzində nəqliyyatın hərəkətində aksamalara səbəb olub.
Berlin polisinin verdiyi açıqlamada nümayişə 8 min 500 adamın qatıldığı, nümayişdə isə 6 min 500 traktor, kənd təsərrüfatı maşını və digər nəqliyyat vasitələrinin iştirak etdiyi bildirilib. Nümayiş təşkilatçıları nümayişçilərin sayının 30 minə çatdığını qeyd ediblər.
Gununsesi.info