Müğənni Nura Suri qiymət artımından şikayətlənib.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan ifaçı suyun qiymətinin artırılmasına etiraz edib:
“Bir çox insanın sahəsini suvarmağa imkanı çatmayacaq. Ağaclar məhv olacaq. Meyvələrin qiymətinə təsir edəcək. Əkinçilərin işi çətinləşəcək.
Pandemiya səbəbiylə insanların maddi vəziyyəti onsuz da yaxşı deyildi, indi daha da çətinləşəcək. Benzinin və suyun qiymətinin qalxması hamımıza təsir edəcək. Tarif Şurası verdiyi bu qərarı necə əsaslandırıb? Ağaclar öldükcə, hamımız onlarla birgə məhv olacağıq”.
Gununsesi.info