Nurgül Yeşilçay dəhşətli qəza keçirdi: “Ağzıma və çənəmə tikiş qoyuldu”-FOTO

  • By admin
  • 08 Mart 2022 13:49

Böyük bir qəzadan qurtuldum, ağzıma və çənəmə tikiş qoyuldu. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri aktrisa Nurgül Yeşilçay yanvar ayında keçirdiyi avtomobil qəzasından danışarkən deyib. Sosial şəbəkədə bu barədə post paylaşan kino ulduzu hər kəsə təhlükəsizlik kəmərini bağlamağı tövsiyə edib və yeni fotosunu yayıb.

“Bir müddətdir ki, burda yox idim, çünki xəstəxanada əziyyət çəkirdim. Öz maşınımla böyük qəzadan sağ çıxdım! Yaralar qalıb və bir müddət davam edəcək! Bir az yöndəmsizəm, amma gördüyün kimi yaxşıyam.Lütfən təhlükəsizlik kəmərini bağlayın!” , – aktrisa qeyd edib.

Gununsesi.info