Nuri Şahin “Borussiya”nın baş məşqçisi təyin olunub

  • By ilhame
  • 14 İyun 2024 19:16

Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Almaniyanın “Borussiya” (Dortmund) kollektivinin baş məşqçisi təyin olunub.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis ötən gün istefa verən Edin Terziçi əvəzləyib.

 

N.Şahinlə 2027-ci ilə qədər müqavilə bağlanıb.

 

Qeyd edək ki, o, daha əvvəl “Borussiya”da Edin Terziçin köməkçisi kimi fəaliyyət göstərib.

Gununsesi.info