Nuridə Allahyarovaya nazirlikdə VƏZİFƏ VERİLDİ

  • By admin
  • 18 Fevral 2022 09:46

Nuridə Allahyarova yeni vəzifəyə təyinat alıb.

Gununsesi.info xəbər verir ki, N.Allahyarova bu gündən etibarən fəaliyyətini Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri kimi davam etdirəcək.

N.Allahyarova təyinatı ilə bağlı bildirib ki, yeni işində də jurnalist dostların fəaliyyətinə arxalanır:

“Bu etimadı mənə layiq görən nazir Anar Kərimova və Xidmətin rəisi Azad Cəfərliyə təşəkkürümü bildirirəm. Azərbaycanın hər daşına və hər vətəndaşına xidmət etməkdən qürur duyuram”.

Qeyd edək ki, N.Allahyarova bu təyinatadək Bakı Dövlət Universiteti, Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, “BakuBus” MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, Space, Dövlət Avtomobil Nəqliyyatı Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Gununsesi.info